Azərbaycanda sosial şəbəkələrin bazar payı açıqlanıb – “Facebook” kəskin geriləyib
Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə “İnstagram” olub.
Tacxeber.com apa-ya istinadən xəbər verir ki, hesabat dövründə “İnstagram”ın Azərbaycanın sosial şəbəkə bazarındakı payı 29,22% təşkil edib. Bu isə avqust ayı ilə müqayisədə 3,73 faiz bəndi çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,28 faiz bəndi azdır.
İstifadəçi sayına görə, ikinci yerdə 25,13% payla “Facebook” qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 18,67 faiz bəndi az, ötən ilin eyni dövrü ilə müqayisədə 5,13 faiz bəndi çox olub.
Ölkədə üçüncü ən çox istifadə edilən sosial şəbəkə 20,15% payla “Pinterest” olub. Bu, avqust ayı ilə müqayisədə 7,72 faiz bəndi, illik müqayisədə 8,15 faiz bəndi çoxdur.
Ötən ay “YouTube” sosial şəbəkəsinin Azərbaycandakı bazar payı aylıq müqayisədə 4,66 faiz bəndi, illik 2,73 faiz bəndi artaraq 12,73%-a çatıb. Sentyabr ayında “YouTube” istifadəçi sayına görə dördüncü yerdə qərarlaşıb.
Sentyabrda “X” sosial şəbəkəsi ölkəmizdəki bazar payını aylıq 0,7 faiz bəndi, illik 3,01 faiz bəndi artıraraq 6,6%-lə beşinci yerdə dayanıb.