• 22 Noyabr 2024 16:55

İran İsrailin müdafiəsini yardı – Təl-Əviv narahatdır

 

İran raketləri bir neçə yerdə İsrailin hava hücumundan müdafiə sistemlərindən yayınaraq zərər verə bilib. 

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

 

Bildirilib ki, aprel zərbəsindən fərqli olaraq, Tehran indi hücum üçün yalnız ballistik raketlərdən istifadə edib, uçuş sürəti qanadlı raketlərdən daha yüksəkdir.

 

Nəşr qeyd edib ki, İran 180 raket atıb, onlardan 32-si İsrailin Nevatim Hərbi Hava Qüvvələri bazasını vurub. Bundan əlavə, ən azı bir sursat İsrailin MOSSAD kəşfiyyat xidmətinin Təl-Əvivdəki qərargahının bir neçə yüz metrliyinə düşüb:

 

“İsrailin istifadə etdiyi raketlər İran raketlərindən qat-qat bahadır və sayca azdır, ona görə də yəhudi dövlətinin səlahiyyətliləri hansı əraziləri daha güclü müdafiə edəcəyinə üstünlük verməlidir”.

 

Nəşrin yazdığına görə, İranın bəzi raketlərinin hədəfə çatmasına baxmayaraq, Tehran İsrailin müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə sarsıda bilməyib.

Tacxeber.com

Oxşar xəbərlər