“Kızılcık şərbəti”ndəki səhnə müzakirə yaratdı, araşdırmalar başlandı – VİDEO
Türkiyə istehsalı reytinqli “Kızılcık şərbəti” serialının 69-cu bölümündə yer alan bir səhnəyə görə bu ölkənin məsul qurumu hərəkətə keçib.
Tacxeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, serialda mühafizəkar Ünal ailəsinin üzvlərinin təsadüfən kilsəyə girərək keşişlə söhbətləşdiyi səhnə müzakirələrə səbəb olub.
Serialda keşişin “dinlərarası qardaşlıq” çıxışı diqqət çəkib. Sözügedən səhnə FETÖ və “dinlərarası dialoq” təşəbbüslərini xatırlatdığı üçün tənqid edilib.
Radio və Televiziya Ali Şurasının (RTÜK) sədri Ebubekir Şahin vətəndaşların narahat olduqları layihələrin diqqətlə izləndiyini deyib. O, yeni yayım dövründə milli təhlükəsizliyi pozduğu iddia edilən layihələrin araşdırıldığını bildirib.
“Zəruri araşdırmalardan sonra qanun pozuntusu aşkar edilən ekran işlərinə qarşı sanksiyalar tətbiq olunacaq”.