Ukraynalılar ŞOKDA – Rus PUA-larında İlon Maska məxsus SpaceX-in Starlink peyk rabitə sistemləri aşkarlandı
Ukrayna ordusu bu günlərdə amerikalı milyarder İlon Maska məxsus SpaceX şirkətinin istehsal etdiyi Starlink peyk rabitə sistemi ilə təchiz edilmiş Rusiyaya məxsus Şahid-136 PUA-nı vurduğunu açıqlayıb.
Tacxeber.com xəbər verir ki, verilən məlumata görə, həmin gün ruslar Ukrayna tərəfinə 32 PUA-dan istifadə edilib və onlardan 28-i Ukrayna ordusu tərəfindən məhv edilib. Vurulan PUA-larda Starlink peyk rabitə sisteminə aid antena aşkar edilib.
Rusiya PUA-larının Starlink peyk rabitə sisteminə aid antena larla təmin edilməsi Kiyevi təəccübləndirib.
Mütəxəssislər bildirirlər ki, Rusiya tərəfi Starlink kimi daha güclü sistemlərdən istifadə etməklə PUA-ların uçuş məsafəsini və əks əlaqə imkanlarını xeyli artırıb. Bu da Şahid-136 PUA-larının kəşfiyyat və hücum missiyalarını daha səmərəli yerinə yetirmək potensialına əlavə imkanlar yaradır.
Starlink Rusiya Federasiyasında rəsmi olaraq mövcud olmasa da, bu sistemin üçüncü ölkələr vasitəsilə mövcud olduğu məlumdur.
Yaranmış vəziyyət Kiyevlə İlon Mask arasında ciddi problemə səbəb olub.
ABŞ rəsmiləri Rusiyanın bu cür texnologiyalara çıxışının qarşısını almaq üçün işləri davam etdirdiklərini açıqlayıblar, lakin hələlik tam nəticə əldə olunmayıb.
Məsələ ilə bağlı hətta “SpaceX” bəyanat da yayıb və həmin bəyanatda deyilir ki, SpaceX heç vaxt “Starlink”-i Rusiyaya satmayıb və ya bazara çıxarmayıb, Rusiyadakı yerlərə avadanlıq göndərməyib.
Tacxeber.com