• 24 Noyabr 2024 08:37

Bayden və Şolts ayda nə qədər maaş alır? – Siyahı

Bayden və Şolts ayda nə qədər maaş alır? - Siyahı

Sinqapurun Baş naziri Lorens Vonq dünyada ən yüksək maaş alan liderdir.

 

Tacxeber.com “Qaynarinfo”ya istinadla xəbər verir ki, onun maaşı ildə təxminən 1,69 milyon dollardır.

 

İkinci yeri ildə 569,5 min dollar əmək haqqı ilə İsveçrə Prezidenti Viola Amerd, üçüncü yeri ildə 412,5 min dollarla Avstraliyanın Baş naziri Entoni Albanese tutur.

 

ABŞ Prezidenti Co Bayden illik 400 min dollar maaşla dördüncü yerdə qərarlaşıb.

 

“Forbes” siyahısındakı növbəti yerləri təqdim edirik:

 

5. Avstriya kansleri – ildə 316,7 min dollar;

 

6. Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson – ildə 310,5 min dollar;

 

7. Kanadanın Baş naziri Castin Trüdo – ildə 301 min dollar;

 

8. Almaniya kansleri Olaf Şolts – ildə 293,3 min dollar;

 

9. Yaponiyanın Baş naziri Şiqeru İşiba – ildə 276,4 min dollar;

 

10. İrlandiyanın Baş naziri Saymon Harris – ildə 267,3 min dollar.

Tacxeber.com

Oxşar xəbərlər