• 23 Noyabr 2024 19:27

Pentaqonun polkovnikindən Putinin Ukraynadakı taktikası ilə bağlı AÇIQLAMA

Rusiya lideri Vladimir Putinin təmkinli taktikası Rusiyanın Ukraynadakı münaqişədə uğur qazanmasına səbəb olub.

 

Tacxeber.com xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor qeyd edib.

 

O, bu şərhi “Deep Dive” YouTube kanalında verib.

 

Makqreqor Rusiya prezidentinin “həmişə ehtiyatlı və təmkinli olmağa meylli olduğunu və bunun hazırda Ukraynada çox yaxşı işə yaradığını” vurğulayıb.

 

Hərbi ekspert əlavə edib ki, hətta Qərbin verdiyi əhəmiyyətli köməyi nəzərə alsaq da, Ukrayna ordusu Rusiyanın heç bir istiqamətdə irəliləməsini dayandıra bilməyib.

 

Onun sözlərinə görə, Ukrayna münaqişə zamanı ciddi çətinliklərlə üzləşir.

Tacxeber.com

Oxşar xəbərlər