• 25 Noyabr 2024 03:56

Beyni cavan saxlayan stolüstü OYUNLAR

Stolüstü oyunlar reaksiya gücünü sürətləndirir…

beyni-cavan-saxlayan-stolustu-oyunlar

Stolüstü oyunlar beyni yaşlılıq əlamətlərindən və demansdan qoruyan reaksiyalarını yaxşılaşdırır və sürətləndirir.

 

Tacxeber.com bildirir ki, bunu həkim və teleaparıcı Yelena Malışeva Rusiyanın “Birinci” kanalına deyib. Mütəxəssis stolüstü tennis və bilyardın sinir atrofiyasının qarşısını almaq üçün yaxşı seçim olduğunu qeyd edib.

 

“Stolüstü oyunlar reaksiya gücünü sürətləndirir. Bu nədir? Sinir hüceyrələrimizin işi… Stolüstü oyunlar oynamırsınızsa, sinir prosesləri atrofiyadan, yəni qısa qapanma baş verir. İnsan nə hərəkət edir, nə də oynaya bilir və əsasən qocalıq demensiyasından əziyyət çəkir. Ona görə də reaksiyanı yaxşılaşdıran istənilən stolüstü oyun zehni qabiliyyətləri bərpa edir və qoruyur”, – verilişdə kardioloq Herman Qandelman bildirib.

 

“Yaşla, sinir hüceyrələri ölməyə başlayır və sinir əlaqələrinin sayı azalır, Stolüstü tennis də daxil olmaqla, oyunlar bu prosesi dayandırmağa kömək edir. Oyun elə qurulmuşdur ki, beyin üçün yaxşı məşq rolunu oynayır, bu müddət ərzində sinir əlaqələri bərpa olunur”, – Malışeva vurğulayıb.

 

“Yaşlandıqca beynimiz daha da pisləşir. İnsanlar oyun oynayanda isə neyronlararası əlaqələr yaranır və beyin sönmür, o, qorunub saxlanılır”, – deyə oftalmoloq Mixail Konovalov əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər