• 22 Noyabr 2024 21:18

NATO-ya üzvlük əvəzinə ərazi mübadiləsi: Ukrayna və Rusiya arasında danışıqların əsası AÇIQLANDI

 

Media Ukrayna və Rusiya arasında ərazilərin mübadiləsinə əsaslanan danışıqların “sxemini” üzə çıxarıb.

 

“The Financial Times” yazır ki, Qərb ölkələri Ukrayna hakimiyyəti ilə “NATO müqabilində ərazi” prinsipi ilə müharibəyə son qoymaq imkanını müzakirə edir. Bu sxem Ukraynanın NATO-ya üzv olacağını, lakin Rusiyanın ələ keçirdiyi ərazilərin geri qaytarılmamasını nəzərdə tutur.

 

Bu torpaqlar qanuni olaraq Ukraynanın tərkibində qalsa da, Alyansın təhlükəsizlik zəmanətlərinə tabe olmayacaq.

 

Diplomatların müzakirə etdiyi model soyuq müharibə dövründə Almaniyanın yalnız qərb hissəsinin NATO-nun bir hissəsi olduğu, şərq hissəsinin isə Sovet İttifaqının nəzarəti altında qaldığı Qərbi Almaniyanı xatırladır. İdeya ondan ibarətdir ki, Ukrayna təhlükəsizlik zəmanəti alacaq və Alyansa qoşulacaq, lakin işğal olunmuş ərazilərin qaytarılması məsələsini gələcəkdə diplomatik yollarla həllini tapacaq.

 

Lakin bu ideya ciddi çətinliklərlə üzləşir. Birincisi, Rusiya Ukraynanın NATO-ya üzvlüyünün qəti əleyhinədir. İkincisi, ABŞ və digər NATO ölkələrinin belə şəraitdə Ukraynanı qorumaq üçün öhdəlik götürməyə hazır olub-olmaması sual olaraq qalır. Ərazinin verilməsinin güclü ictimai müqavimətlə üzləşə biləcəyi Ukraynada belə bir sxemin necə qarşılanacağı da bəlli deyil.

 

 

“Financial Times”ın qeyd etdiyi kimi, belə bir kompromisdə maraqlı olmasına baxmayaraq, qərar Ukrayna rəhbərliyi üçün incə olaraq qalır, çünki ərazilərin verilməsi ölkə üçün mürəkkəb və ağrılı məsələdir, xüsusən də davam edən hərbi əməliyyatlar və işğal olunmuş torpaqları hərbi yolla geri qaytarmaq istəyi fonunda. (Lent)

Tacxeber.com

Oxşar xəbərlər