• 26 Oktyabr 2024 02:35

“Sumqayıt” “Qarabağ” oyununda rekord sayda azarkeş.

Azərbaycan Premyer Liqasının IX turunda keçirilən “Sumqayıt” – “Qarabağ” (0:1) qarşılaşmasında mövsümün azarkeş rekordu qeydə alınıb.

 

Tacxeber.com xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmanı 7 min tərəfdar izləyib.

 

Buna qədər cari mövsümün azarkeş rekordu Tovuz şəhər stadionunda qeydə alınmışdı. V turun “Turan Tovuz” – “Səbail” oyununu 5500 azarkeş tribunalardan izləmişdi.

Tacxeber.com

Oxşar xəbərlər