“Temu”dan sifarişlərdə problem yarandıqda hara müraciət edilməlidir?
Temu” onlayn ticarət platformasına dünyada maraq artmaqdadır. Azərbaycanda da müştəriləri çoxalmağa başlayır. Birbaşa çatdırılma ilə alıcılar istədikləri məhsulu sifariş verə bilirlər. “Trendyol” sifarişlərində birbaşa çatdırılma zamanı istehlakçılar bəzən müəyyən problemlərlə qarşılaşırlar.
Maraqlıdır, “Temu”dan sifariş edilən məhsullarda problem yaşandıqda istehlakçılar hara müraciət edə bilərlər?
Tacxeber.com xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov demokrat.az-a bildirib ki, onlayn ticarətin əhatəsi genişləndikcə, şikayətlər də artacaq:
“Onlayn ticarət istehlakçılardan uzaq məsafədə fəaliyyət olduğu üçün və əlaqə elektron poçt, telefon vasitəsilə saxlanıldığına görə istehlakçıların aldadılması halları daha çox olur. Belə hallarda istehlakçılar İqtisadiyyat Nazirliyi yanınd Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməlidirlər. Təəssüf ki, ölkədə istehlakçı siyasəti çox bərbad gündədir.