Bütün tələbələrin nəzərinə! Oktyabrın 15-dən etibarən…
Oktyabrın 15-dən etibarən universitetlərdə vahid tələbə kartı tətbiq ediləcək.
Tacxeber.com xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsilin İnkişafı Fondundan məlumat verilib.
Qeyd edilib ki, kart 11 universitetdə tələbələrə təqdim ediləcək.
“Vahid tələbə kartı oktyabrn 15-dən etibarən Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Türkiyə-Azərbaycan Universiteti, Fransa-Azərbaycan Universiteti (UFAZ), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti tələbələrinə veriləcək”,- deyə fonddan bildirilib.
Qeyd edək ki, iyunun 27-də Davamlı İnkişaf Mərkəzində Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə “VISA” beynəlxalq ödəmə texnologiyaları şirkəti tərəfindən ali təhsil müəssisələrinin rəhbər heyəti üçün universitetlərdə vahid tələbə kartının yaradılması layihəsinin təqdimatı keçirilib.