Deputat gündəmi zəbt edən toydan danışdı: “Bunu xəbərə çevirənləri…”
Adətən, media gündəmində şou xəbərlərə üstünlük verilməsi və bu tip informasiyaların daha çox baxış toplaması cəmiyyətin müəyyən təbəqəsi tərəfindən tənqidlə qarşılanır. Mətbuatın rənginin saralması cəmiyyətdə müzakirəsiz ötüşmür.
Bəziləri şou-biznes camiəsindən gələn məlumatların jurnalistikanın dadı-duzu olduğunu, əyləncə funksiyasına yönəldiyini qeyd etsə də, belə informasiyaların xəbər yükünün olmadığını və Azərbaycan jurnalistikasını nüfuzdan saldığını vurğulayan insanlar da az deyil. Şou-biznes nümayəndələrinin şəxsi həyatı, həmkarları ilə qalmaqalları, hətta övladlarına keçirdiyi toy məclislərinin mediada gündəmə çevrilməsi artıq insanları bezdirib.
Biz ötən gün oğluna toy edən müğənni Afət Fərmanqızının timsalında bu tendensiyanı yenidən müşahidə etdik. Məlum toyla bağlı xəbərlərin saatbasaat yenilənməsi müzakirələrə səbəb oldu.
Məsələni “Yeni Sabah”a şərh edən deputat Fazil Mustafa bildirib ki, bu cür xəbərlərin çoxalması insanları bayağılığa sövq edir:
“Azərbaycan mediasının indiki durumu budur. Populist bir yanaşmadır. Xəbərlərin seçimlərinə də belə yanaşırlar. İnsanları düşündürən və onlara fayda verə biləcək məlumatlardan daha çox belə xəbərlərə üstünlük verilir. Bu da bizim reallığımızdır. Nə edək, kütlə nə ilə maraqlanırsa, media da ona doğru yönəlir. Bütün bunlar strategiyamızın müəyyən hüdudlarında doğru nələrisə təsbit etməməyimizdən irəli gəlir. Beləliklə, cəmiyyəti bayağılığa, insana fayda verməyən informasiyalara yönləndirirlər”.
Millət vəkili bir çox yanaşmanın dəyişməsi lazım olduğunu vurğulayıb: