Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinə xüsusi olaraq ad günü hədiyyəsi göndərib.
Bunu dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
“Türkiyə prezidenti dünənki söhbətindən əvvəl xüsusi olaraq hədiyyə göndərdi” deyən Uşakov onun “yaxşı bir türk hədiyyəsi” olduğunu vurğulayıb.
Hədiyyənin qiymətinin dövlət qulluqçuları üçün icazə verilən 3 min rubl daxilində olub-olmadığını soruşduqda, Uşakov bildirib: “Bir az daha dəyərlidir”.