“Lotu Quli“nin rəqibini qonşuları ölümdən qurtardı
Monteneqroda erməni kriminal avtoritet Edik Asatryanın həyatına sui-qəsdin qarşısı alınıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, ayıq-sayıq qonşular onun evinin yaxınlığındakı avtomobildə naməlum insanları görüb və polisə müraciət ediblər. Məlum olub ki, ehtiyatlılıq boşuna deyilmiş. Maşındakı səsboğuculu tapança ilə silahlanan maskalı “killer”lər Ediki öldürmək istəyiblər.
Bununla da qonşular Asatryanın həyatını xilas etdilər. Lakin Monteneqro hakimiyyəti avtoritetdən ölkəni tərk etməsini istəyib. İndi Edik İtaliya və Almaniyada özünə sığınacaq axtarır.