Maaş artdıqca xərclər artır – Səbəbləri
Pul yığmaqdan danışanda, bir çox şəxslər deyirlər ki, maaş artandan xərclərim də çoxalıb. Ona görə, pul yığa bilmirəm. Bəs səhv harda edilir? Niyə maaşımız artsa da, xərclərimiz də artır?
Yaşayış tərzi: Daha çox gəlir, bəzən daha yüksək yaşayış tərzinə keçidə səbəb olur. İnsanlar daha bahalı məhsul və xidmətlərə yönəlir. İstifadə etdiyimiz məhsul və xidmətlərin də qiymətləri artdığı üçün artıq istər-istəməz maaşlarımıza adekvat olaraq xərclərimiz də artmış olar.
Daha çox ehtiyaclar: İllər keçdikcə, yeni ehtiyaclar yaranır. Məsələn, yeni avtomobil, ev, ya da daha çox əyləncə xərcləri. Maaş az olduqda, bu xərclər edilmədiyi üçün artanda, bu kimi ehtiyaclar xərcimizə təsir edir.
Təzyiq və gözləntilər: Ətrafdakı insanlar, dostlar və ailə daha yüksək standartlar gözləyə bilər. Bu, insanları daha çox xərcləməyə yönləndirir.
Psixoloji faktor: İnsanın gəliri artdıqca, özünü daha az maddi çətinlikdə hiss edir. Bu, bəzən daha sərbəst xərcləməyi təşviq edir. “Qazanıram, xərcləyim” kimi düşüncəsi də az olmur.
İnvestisiya əvəzinə istehlak: Gəlir artsa, insan investisiya etmək əvəzinə, bunun yerinə daha çox istehlak etməyə meyilli ola bilər.