Getdikcə yadlaşan ADƏTLƏRİMİZ – Onlayn toy dəvətnamələri ənənələrimizə necə təsir edir?
Əvvəllər toy edən cütlüklər qapı-qapı gəzib dəvətnamələr paylayardılar. Yüzlərlə dəvətnamə çap edib, hər birinin üstündə saatlarla qonaqların adını yazırdılar. Amma indi dəvətnamələr də onlayn olub. Cütlüklər onlayn dəvətnamələr hazırlatdıraraq dost-tanışına elə telefonun vatsap tətbiqi ilə göndərməklə kifayətlənirlər.
Bir çox insanlarda narazılıq doğuran bu addımı ənənələrimizə və hörmət anlayışımıza yaraşdırmayanlar da var. Bəzi ailələr toyda iştirak üçün real olaraq onlara təqdim olunan kağız dəfətnamələrə daha çox əhəmiyyət verirlər.
Bəs bu bizim toy adət-ənənələrimizə necə təsir edir?
Sosioloq Lalə Mehralı Bizim.Media-ya bildirib ki, onlayn dəvətnamələr müasir dövrün əlverişli yeniliyidir: