• 27 Dekabr 2024 15:38

“Qadın nə qədər ağıllı olsa da kişi daha güclüdür” – Əkbər Əlizadə

“Kişi güclüdür. Müqəddəs kitabımız Qurana söykənək: Allahın göndərdiyi 124 min Peyğəmbırimizin hamısı kişi olub. Demək ki, burada bir hikmət var”.

 

Tacxeber.com axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Əkbər Əlizadə yutubda yayımlanam “Mən” layihəsində deyib.

 

Aktyor qadın-kişi münasibətindən danışıb:

 

“Qadın kişiyə söykənməli, arxalanmalıdır. Qadın nə qədər tədbirli, məsləhət vermiş, gözüaçıq, dünya görüşü böyük olsa da, yenə kişi güclüdür. İstər əqli cəhətdən, istərsə də qol gücündə.

 

Mənə gəldikdə: ailədə xanımımın düz məsləhət verdiyini görəndə, ölçüb, biçib ortaq məxrəcə gəlirəm. Elə kişi var ki, qadın düz olsa da yumruğunu masaya vurub deyir, o, mənim sözümün üstündən atlaya bilməz. Sonuncu söz məndədir. Mən elə deyiləm”.

Tacxeber.com

Oxşar xəbərlər