• 23 Dekabr 2024 21:18

Zelenski şərtləri yumşaldır – Rusiyaya ərazi güzəşti…

Ukraynanın müttəfiqləri hesab edirlər ki, Prezident Vladimir Zelenski müharibənin dayandırılması şərtlərinə yanaşmasını dəyişə bilər. Hazırda NATO hərbi əməliyyatları dayandırmağın yollarını axtarır.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Bloomberg” NATO-dakı mənbələrə istinadla məlumat yayıb.

 

Zelenski Ukraynanın əsas tələblərini – Rusiya qoşunlarının işğal edilmiş bütün ərazilərdən çıxarılmasını və NATO-ya üzvlüyü açıq şəkildə bəyan edərkən, həm də suverenlik və ya ərazi ilə bağlı hər hansı güzəşti istisna etmişdi. Bununla belə, ölkənin müharibənin üçüncü qışına hazırlaşdığını və Qərbin dəstəyinin zəifləməyə başladığını nəzərə alaraq, Ukrayna rəsmiləri münaqişəyə son qoymaq strategiyası ətrafında müzakirələrə başlamağın vacibliyinə eyham vurublar.

 

Bununla belə, Zelenski hələlik bəzi Qərb ölkələrinin Ukraynaya təzyiq göstərməsinə baxmayaraq, ərazi güzəştlərinin mümkünlüyünü qəti şəkildə rədd edir. Həmçinin Kiyev hələlik qələbə planının bütün təfərrüatlarını açıqlamadığına görə, bir rəsmi “Bloomberg”ə burada müharibənin bitirilməsi istiqamətində irəliləməyə imkan verən strateji qeyri-müəyyənlik elementlərinin ola biləcəyini deyib.

 

Ukraynanın NATO-ya üzvlüyü müttəfiqlər arasında fikir ayrılığı yaradan əsas məsələlərdən biri olaraq qalır. Rəsmilərin sözlərinə görə, Bayden Kiyevə alyansa qoşulmaq üçün birbaşa dəvət göndərə bilmir, çünki təzyiq altındadır. ABŞ prezidentinin bunu edəcəyi ehtimalı az olsa da, belə bir təklif Kremllə istənilən danışıqlara mane olacaq.

 

Bundan əlavə, ABŞ-dakı siyasi vəziyyət, xüsusən də prezident seçkiləri müharibənin gedişinə təsir göstərə bilər. Demokratların namizədi Kamala Harris Ukraynanın NATO-ya daxil olması ilə bağlı qərarsızdır, Donald Tramp isə müharibənin tez bitəcəyini vəd edir, bu, bəlkə də Kiyevin xeyrinə deyil.

 

Avropa ölkələri də maliyyə çətinlikləri ilə üzləşib, bu da Ukraynaya yardımı çətinləşdirir. Bundan əlavə, Kiyev Cənub ölkələrindən Rusiya ilə sülh danışıqlarına başlamaq tələbi ilə üzləşib.

Tacxeber.com

Oxşar xəbərlər