ABŞ-lı milyarderdən “Bitcoin” proqnozu – “100 min dollara çatacaq”
Bu yaxınlarda “Bitcoin” üçün 250 min dollarlıq qiymət proqnozunun etibarlı olduğunu və sərmayə qoyduğu altkoinlər haqqında məlumat verən məşhur ABŞ milyarderi Dan Tapiero qısamüddətli qiymət proqnozunu açıqlayıb.
Proqnozuna misal olaraq ABŞ seçkilərini göstərən Dan Tapiero ABŞ seçkilərinin nəticələrindən asılı olmayaraq “Bitcoin”in 100 min dollara çatacağını deyib. O, bildirib ki, inanıram ki, yüksəlişdə altkoinlər də BTC-ni izləyəcək”.