Əhmədin sonuncu məhkəmədə geyindiyi köynək: Təsadüf, yoxsa mesaj verir? – Foto
Beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun sonuncu məhkəmə prosesində geyindiyi köynək diqqət çəkib.
Tacxeber.com Savashmedia.az-a istinadla xəbər verir ki, həmin köynəyin üzərində “Traditional Art” yazısı qeyd olunub. Bu isə ingilis dilindən tərcümədə “ənənəvi sənət” anlamına gəlir.
Maraqlıdır, cəzasının sərtləşdirildiyi son məhkəməyə məhz bu köynəklə gəlməsi təsadüfdür? Yoxsa, o, bununla da hansısa mesajı verməyə çalışıb?
Xatırladaq ki, Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Məhkəmənin hökmünə əsasən, Əhməd Əhmədov cəzadan azad edilib. Onun barəsində ixtisaslaşmış psixatriya xəstəxanasında (Respublika Psixiatriya Xəstəxanası) məcburi müalicə tətbiq edilməsi barədə qərar çıxarılıb.