Rusiya üçün ən ağır ay: hər ay 30 min əsgər toplanır, döyüşlərdə ölüm çoxalıb – Ukrayna itkilərini ABŞ-dan gizlədir
2022-ci ilin fevral ayında Ukrayna torpaqlarında müharibəyə başlayan Rusiya ordusu ən ağır ay bu ilin sentybar ayı olub.
Tacxeber.com xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı “New York Times” qəzeti yazıb.
Qəzetə danışan ABŞ hərb i mütəxəssisləri iddia edir ki, Rusiya sentaybr ayı boyu Donbas bölgəsində asta-asta, ancaq planlı irəliləyib: “Lakin bu irəliləmə son iki ildəki savaşda ən böyük itkilərlə müşahidə olunub. Rusiya sentaybr ayında müharibə başlayandan ta oktaybara qədər ən çox itki verdiyi ay bu ilin sentaybr ayı olub. Rəsmi rəqmlər gizlədilsə də, bu, faktdır ki, Rusiya bu ay həmin istiqamətə yaranan boşluğu azı 20 mi əlavə hərbçi göndərməklə qapatmağa çalışıb”.
Qəzet yazır ki, Putin bu müharibədə texnikadan daha çox “nə qədər çox canlı qüvvə, bir o qədər güc” siyasətinə üstünlük verir.
“Putin cəbhəyə daha çox canlı qüvvə göndərmək siyasətindən bir an olsun əl çəkməyib. O, hər ay Ukraynaya döyüş üçün azı 30 min adam toplayır”, – deyə ABŞ rəsmiləri Rusiya liderinin kütləvi səfərbərlik elan etməkdən ehtiyat etdiyini qəzetə bildiriblər.