• 24 Noyabr 2024 04:44

“Bunları 1-2 həftəyə həll etmək mümkün deyil” – Fernandu Santuş

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının 3-cü turu çərçivəsində Tallində Estoniya yığmasına 1:3 hesabla uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib. 

 

O, deyib: “Komandamız oyuna yaxşı başladı. İlk 35 dəqiqədə kompakt çıxış etdik. Rəqib futbolçuların zərbə vurmaq şansları olmurdu. İlk qolu buraxandan sonra hesabı bərabərləşdirsək də, əlavə olunmuş dəqiqələrdə yenidən qapımızda qol gördük. Fasilədə qeyd etdim ki, ilk 35 dəqiqədəki kimi çıxış etməliyik. Estoniya yığması ağıllı komandadır, müdafiəyə çəkildi və əks-hücumdan oynamağa başladı.

 

Şanslarımızdan yararlana bilmədik. Normal vəziyyətdə birinci hissəni 2:0 hesabı ilə öndə tamamlamalı idik. 4-5 real qol imkanımız oldu. Futbol belədir. Əgər topu qapıdan keçirə bilmirsənsə, rəqib bundan yararlanır. İsveçlə matçımız da belə keçmişdi. Yaratdığımız şansları qola çevirməliyik. Çatışmazlıqların üzərində işləməliyik. Bunları 1-2 həftəyə həll etmək mümkün deyil. Vaxt lazımdır”.

 

70 yaşlı portuqaliyalı mütəxəssis bundan sonra da hücum futbolu oynatmaq barədə düşünəcəyini söyləyib: “Hər dəfə taktikada dəyişiklik etmək çətin olur. Bu gün 3-4-3 sxemində oynadıq. Bunu dəyişmək yox, təkmilləşdirmək istəyirəm. Ümumiyyətlə, komandamın hücum futbolu oynamasını istəyirəm”.

 

Qeyd edək ki, millimiz növbəti matçını oktyabrın 14-də, Bakıda Slovakiya yığmasına qarşı keçirəcək. (Qol)

Tacxeber.com

Oxşar xəbərlər