Consonla Lavrov arasında MARAQLI DİALOQ – “Mən “Ser Gey” deyiləm”
Böyük Britaniyanın keçmiş baş naziri (2019-2022) Boris Conson “Ulleashed” adlı xatirələr kitabında 2017-ci ildə Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşünün təfərrüatları barədə danışıb.
Tacxeber.com “rbc.ru”ya istinadən xəbər verir ki, Conson xatirələrində Moskvaya danışıqlarda hər hansı nəticə qazanmağa inamı olmadan gedtdiyini bildirib.
O, həmin görüşü belə təsvir edib:
“Uca boylu, bir-birinin ardınca siqaret çəkən, yarı erməni. Çar dövründən bəri Rusiyanın ən uzun müddət işləyən xarici işlər naziridir və o bütün saflığı, söhbətdən yayınmaları və yalanları ilə Rusiya xarici siyasətinin yorucu təcəssümüdür”.
Biz görüşəndə o dedi ki, “mən Ser (İngiliscədə Sir – titullu şəxslərə müraciət forması – red.) Gey deyiləm, “Ser Gey”lər sizin Xarici İşlər Nazirliyinizdədir” və biz əl sıxdıq.