“Mənim Ukraynanın bundan sonra da maliyyələşdirilməsinə iştaham yoxdur” – Mayk Conson
“Trampın dönüşündən sonra Ukraynaya kömək etməyə tələbat artıq olmayacaq…”
ABŞ Konqresində Ukrayna üçün həyəcanlı bəyanat: “Amerikanın Ukraynaya dəstəyinin davam etdirilməsinə iştahası yoxdur”.
Tacxeber.com xəbər verir ki, bu barədə ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Mayk Conson “Punchbowl news” nəşrinə müsahibəsində bəyan edib. Məlumatı “gazeta.ru” nəşri yayıb.
Respublikaçılar hedab edir ki, Trampın dönüşündən sonra Ukraynaya kömək etməyə tələbat artıq olmayacaq.
“Mənim Ukraynaya bundan sonra da maliyyələşdirilməsi ilə bağlı iştaham yoxdur və mən ümid edirəm ki, bu, lazım da deyil. Əgər prezident Tramp qalib gələrsə, mən hesab edirəm ki, o, həqiqətən bu münaqişəyə son qoya biləcək. Mən həqiqətən belə hesab edirəm. Düşünürəm ki, o, Putinə zəng edəcək və deyəcək ki, bunlar artıq kifayətdir”, – Conson bəyan edib.
Respublikaçının sözlərinə görə, Ukraynada müharibədən “bütün dünyada hamı yorulub və bu məsələnin həllini istəyir”.
“Mən əmin deyiləm, amma Kamala Harris prezident olarsa, bunun bitəcəyini düşünmürən, bu, məyusedici və təhlükəli ssenaridir”, – Conson deyib.
Conson Ukraynaya hərbi yardımı necə əngəlləyib
Düz bir il öncə ABŞ-da 2024-cü il üçün büdcənin təsdiq edilməsi ilə bağlı parlament böhranı baş verib. Bunun nəticələrindən biri də Nümayəndələr Palatası spikerinin dəyişilməsi olub. Bu vəzifəyə Donald Trampın yaxın silahdaşı Mayk Conson təyin edilib.
Bundan sonra bir aylıq epopeya başlayıb, bu müddətdə Mayk Conson müxtəlif bəhanələrlə Ukraynaya hərbi yardımın ayrılması barədə qanun layihələrinin Nümayəndələr Palatası deputatlarının səsverməsinə çıxarmaqdan imtina edib.