• 22 Noyabr 2024 04:04

Ramzan Kadırov “Wildberries” işi ilə bağlı senator və iki deputatı hədələdi.

Ramzan Kadırov güc strukturlarının nümayəndələri ilə keçirdiyi müşavirədə “Wildberries” işi haqqında danışıb. 

 

Ramzan Kadırov Dağıstandan olan senator Süleyman Kerimova, həmçinin Dövlət Dumasının deputatları Bexan Baraxoyev və Rizvan Kurbanova qan davası elan edib. Çeçenistan rəhbəri bu üç şəxsin “Wildberries” ofisinin qarşısındakı atışmada təqsirli olduqlarını və bundan başqa Kadırovun qətlini sifariş etməyi planlaşdırdıqlarını bəyan edib.

 

Tacxeber.com BBC-yə istinadən xəbər veriri ki, bu bəyanatı Ramzan Kadırov  toplantı iştirakçıları ilə söhbət zamanı çeçen dilinə keçdikdə verib. O deyib: “Orada bir biznes vəziyyəti vardı. Bəxan Baraxoyev, Süleyman Kerimov, Rizvan Kurbanov — onların özləri də iş adamlarıdır. Onlar sadəcə həmin qadının biznesini əlindən almağa çalışmırlar, məni sifariş ediblər. Baraxoyev Bəxan sübut etməsə, Süleyman Kerimova və Rizvan Kurbanova qan davası elan edirəm,” — deyə Kadırov bildirib.

 

Çeçenistanın rəhbəri Qroznıda çeçen güc strukturlarının nümayəndələri ilə keçirdiyi müşavirədə münaqişəyə münasibətini ətraflı izah edib.  Kadırov, Moskvada “Wildberries” şirkətinin ofisində atışma zamanı öldürülmüş mühafizəçisinin rəsmi işçi olmadığını, “şirkətə heç bir aidiyyəti olmadığını, sənədsiz, iş icazəsi olmadan — heç nə olmadan” olduğunu bildirib.

 

O, həmçinin “Wildberries” ofisinin qarşısındakı atışmada həlak olmuş, İnquşetiyadan olan iki mühafizəçinin cənazələrinin aeroportda yüzlərlə insan tərəfindən qarşılanmasına etiraz edib. “Çeçenlər öldürüləndə… biz mitinqlər təşkil etmirdik. Belə hallarda münaqişələri müftilərlə, adət və ənənələrə uyğun olaraq həll edirdik. Mən o saqqallı İnquş qəhrəmanlarına deyirəm — saqqallarınızı kəsin, quyruqla gəzəcəksiniz. Mən — Kadırov hər yerdə gəzərəm. Sizdən kişi olan bir nəfər — qan davası elan etsin mənə.  Gəlsin, bir nəfər çıxsın önümə və bunu desin. Onda sizə Kadırovun necə hərəkət etdiyini göstərəcəyəm,” — deyərək Çeçenistan rəhbəri bildirib.

 

Tacxeber.com xatırladır ki, “Wildberries”nin həmsahibləri Tatyana Kim (Bakalçuk) və onun əri Vladislav Bakalçuk arasında münaqişə yazdan bəri davam edir. Xanım Kim şirkətin 99% səhmlərinə sahibdir, Vladislav isə 1% səhmin sahibir. Münaqişənin səbəbi, “Wildberries”nin açıq reklam operatoru “Russ” ilə birləşdiyi elan edildikdən sonra ortaya çıxıb.

 

Kadırov ona kömək üçün müraciət edən Vladislavı dəstəkləyərək, ona əlindən gələn köməyi edəcəyinə söz veridiyini publik şəkildə bəyan etmişdi.

 

Bundan sonra 18 sentyabrda Vladislav Bakalçuk dəstək qrupu ilə birlikdə Moskvada Romonov keçidindəki şirkətin baş ofisinə daxil olmağa çalışıb lakin “Wildberries”nin mühafizəçiləri tərəfindən qarşısı alınıb.  Nəticədə atışma başlayıb, iki nəfər həlak olub, yeddi nəfər isə yaralanmısdı.

“Ahmat” klubunun döyüşçüsü Umar Çiçayev “Wildberries” ofisinin qarşısındakı atışmanın iştirakçılarından bir nəfər.

 

Növbəti gün 30-dan çox adam həbs edilib. Vladislav Bakalçuka, onun vəkillərinin iddialarına görə, Rusiya Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən 105-ci maddə “Qətl” üzrə ittiham irəli sürülüb. Lakin iki gün sonra Bakalçuk öz Telegram kanalında azad olduğunu bildirib. O, münaqişə dövründə ilk dəfədir ki, Kerimov və Baraxoyevi xatırlayaraq, onların Tatyana Bakalçukun yeni tərəfdaşları olan Mirzoyan qardaşlarına “himayədarlıq etdiklərini” bəyan etmişdi.

 

The Bell və digər KİV-lər xəbər verirlər ki, məhz Süleyman Kerimov Tatyana Bakalçuk və Robert Mirzoyan üçün əvvəlcə prezident administrasiyasının rəhbəri Anton Vayno, daha sonra isə şəxsən Vladimir Putinin görüşünü təşkil edib. Bundan sonra Putin razılıq verib və layihəyə öz iqtisadiyyat üzrə köməkçisi Maksim Oreşkinin nəzarət etməsini tapşırılıb.

 

Görünən odur ki, Rusiyada bu qarşıdurma hələ uzun sürəcək. Çünki, bu olduqca böyük biznesə nəzarətə kimin sahib olacağı məsələsidir. Hətta bəzi analitiklər V. Putinin bu yaxınlarda Çeçenistana qəfil səfərinin kökündə bu problemin durduğunu bildirirlər.

Tacxeber.com

Oxşar xəbərlər