• 30 Oktyabr 2024 20:18

Dünya müharibəsi başlayır: Daha bir ordu Ukraynaya girir

Moskva və Pxenyanın belə bir qərarı bu müharibəni dünya müharibəsinə çevirmək üçün atılan addımdır.

 

Tacxeber.com xəbər verir ki, bunu “Aydar” batalyonunun keçmiş komandiri Yevgeni Dikiy Şimali Koreyanın bir neçə min əsgərinin Rusiya ərazisində təlim keçməsinə münasibət bildirərkən deyib.

 

O bildirib ki, Şimali Koreya faktiki olaraq Rusiyanın tərəfində Ukraynaya qarşı müharibəyə qoşulub. Lakin bu mərhələdə Şimali Koreyanın iştirakı məhduddur – ən böyük təsir Rusiyanın işğalçı ordusuna Şimali Koreya mərmilərinin verilməsidir:

 

“Bu təchizat Rusiyanı 2023-cü ildə mərmi qıtlığından xilas etdi. Bildiyimizə görə, bu günə qədər ən azı 3 milyon Şimali Koreya mərmisi çatdırılıb. Əgər onlar olmasaydı, indi döyüşün mənzərəsi tamam başqa olardı. Məhz onlar Rusiyaya artilleriyada atəş üstünlüyünü saxlamağa imkan verir. Bu gün Ukrayna ilə müqayisədə mərmilərin sayı təxminən beş dəfə çoxdur. Bu, tamamilə yoldaş Kim Çen İnin xidmətidir”.

 

Qeyd edək ki, Şimali Koreyanın bir neçə min əsgərinin Rusiya ərazisində təlim keçdiyi barədə xəbər yayılıb. Bu ordunun 2024-cü ilin sonlarında Ukraynada cəhbə xəttinə və yaxud Rusiyanın sərhədyanı rayonlarına yerləşdiriləcəyi iddia edilir.(Axar.az)

Tacxeber.com

Oxşar xəbərlər