Kadırov üçün milyardlar nağdlaşdıran şirkətlər ləğv edildi
Çeçenistanda Kadırov ailəsinin xeyrinə on milyardlarla rublu nağdlaşdırdığı iddia edilən üç şirkətdən ikisi ləğv edilib.
Tacxeber.com xəbər verir ki, bu barədə müstəqil rusiyalı jurnalistlərin apardığı araşdırmada qeyd olunub.
Məlumata görə, Çeçenistanın gəlirlərinə görə üç ən böyük təşkilatından ikisi – “Benofon” və “Orbita” şirkətləri ləğv edilib.