20 milyon dollarlıq əntiq əşyaları ölkədən çıxara bilmədi
Rusiyanın Xalq artisti Alla Puqaçova ölkəsindən təxminən 20 milyon dollar dəyərində olan əntiq əşyaları, o cümlədən 16-19-cu əsrlərə aid sənət əsərlərini çıxarmağa çalışıb.
Tacxeber.com xəbər verir ki, bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb.
Qiymətli əsərlər arasında müasirləri Leonardo da Vinçi və Rembrandtın rəsmləri olub.