Ali Attestasiya Komissiyasının verdiyi diplomların çoxu saxtadır, bir də səninki…” – Deputatla partiya sədri canlı yayımda “atışdı” (VİDEO)
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə YAP-çı deputat Elman Nəsirov arasında sərt polemika yaşanıb.
Tacxeber.com-ın məlumatına görə, “AzPolitika” xəbər verir ki, “Youtube” platforması üzərindən yayımlanan “Reaksiya” internet kanalında üz-üzə gələn siyasətçilər, bir-birlərinin ünvanına ağır ifadələr səsləndiriblər.
Qeyd edək ki, gərginliyə Elman Nəsirovun ABŞ haqqında işlətdiyi ifadələr səbəb olub. Deputatın “ABŞ Azərbaycanı özünə tərəfdaş seçib” cümləsinə Cəlaloğlu belə münasibət bildirib:
“Ayıbdı axı… Azərbaycan Nyu-Yorkdakı iki küçə boydadır. Bayaqdan burada rəqəmlər sayırsan, dövlət büdcəsi bu qədər, hərbi büdcə bu qədər… Amerikanın 1 ştatnının büdcəsi Azərbaycanın büdcəsindən yüz dəfə çoxdur. Sən nə danışırsan?!
– Sərdar Bəy sizin ixtisasınız nədir?
– Ə, nəyə görə ixtisas soruşursan?
– Sərdar bəy soruşuram…
– Mən siyasətçiyəm!…
– Ümumiyyətlə bazanız nədir?
– Bazam yoxdur!…
– Elmi dərəcəniz, elmi adınız nədir?
– Səni kimi elmlər doktoru olmaqdansa, çoban olmaq ondan yaxşıdır!
– Ay hörmətli tamaşaçılar, mən görürsüz ADP sədrinə necə hörmətlə yanaşıram… Mən BDU-da Amerika, Avropa ölkələri üzrə ixtisas almışam, namizədlik dissertasiyam, doktorluq işim ABŞ ilə bağlıdır…
– Harada almısan doktorluğu?
– Azərbaycanda!
– Ali Attestatsiya Komisiyasının verdiyi diplomların çoxu saxtadır, bir də səninki…