• 22 Noyabr 2024 14:41

Türkiyə millisi havaya görə bu gün oyuna çıxmaya bilər.

UEFA Millətlər Liqasının 4-cü turunun İslandiya – Türkiyə oyunu təxirə salınma ehtimalı böyükdür.

 

Tacxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb matçın keçiriləcəyi “Laugardalsvöllur” stadionunun meydançasının oyuna qədər donmaq təhlükəsidir.

 

Bildirilib ki, UEFA nümayəndələri məsələ ilə əlaqədar dünən İslandiya Futbol Federasiyasının nümayəndələri və meydançaya cavabdeh şəxslərlə iclas keçirib. Toplantıda təxirəsalınma ilə bağlı qərar verilməyib.

 

Lakin meydança bu gün yenidən yoxlanılacaq və UEFA oyunun təxirə salınıb-salınmayacağına dair qəti qərar verəcək.

 

Həmçinin qeyd olunub ki, “Laugardalsvöllur” stadionunda meydançanının isitmə sistemi yoxdur. Bu səbəbdən meydan donma təhlükəsinə qarşı müdafiəsizdir.

Xatırladaq ki, matçın Bakı vaxtı ilə saat 22:45-də başlaması nəzərdə tutumuşdu. Oyun təxirə salınarsa, oktyabrın 15-i baş tutacaq.

 

Qeyd edək ki, oyunun keçiriləcəyi Reykyavik şəhərində bu gün 4 dərəcə şaxta var.

Tacxeber.com

Oxşar xəbərlər