• 23 Dekabr 2024 00:01

Bu qadın sarımsaq yesə öləcək – “Vampir” xəstəliyi

32 yaşlı Feniks Naytinqeylə 2023-cü ildə kəskin porfiriya xəstəliyi diaqnozu qoyulub. Qadında sarımsaq yedikdən sonra ölümcül tutmalar vaş verir.

 

Tacxeber.com “Medicina”ya istinadən xəbər verir ki, tutma zamanı qadında 3 gün ərzində güclü miqren, qəbizlik, ağrı, qusma və huşun dumanlanması olur.

 

Onun immun sistemi dağılır, hətta şoka, komaya düşə bilər.

 

Ona görə sarımsaq və onun tərkibində hər hansı qida, içki, maddə Feniksi öldürə bilər.

 

Porfiriya – nadir pozuntulardan biridir, günəş işığna qarşı həssaslıq olur, insan gündüz, gün altında yorğun olur, dərisi ağarmış, solğun olur, sarımsaq iyindən halı xarablaşır. Bu simptomlar da vampirlərə xas əlamətlərdir.

 

Miflərə görə, vampirlərin kralı qraf Drakula eyni bu xəstəlikdən əziyyət çəkirdi.

 

 

Oxşar xəbərlər