• 04 Dekabr 2024 22:54

“Səni döysəm, mənimlə evli qalarsan?” – Doğuşdan Xoşqədəmə

“Səni döysəm, mənimlə evli qalarsan?” - Doğuşdan Xoşqədəmə

Xoşqədəm Hidayətqızı ilə əri Doğuş “Səni axtarıram” verilişdə əri və baldızının döydüyü qadınla bağlı müzakirə aparıblar.

 

Tacxeber.com axşam.az-a istinadən xəbər verir ki, Doğuş xanımından soruşub:

 

“Allah yazıbsa, pozsun. 10 illik evliliyimiz var. Səni döysəm, manipulyasiya etsəm, qəlbini qırsam, barmağımla hədələsəm, səhər-axşam rahatlığın olmasa, uşaqlara görə mənimlə evli qalarsan? Düzünü de”.

 

“Təzə müəllim tapmısan. Mənə elə etsən, onun cavabı var, hömətli Doğuş bəy. Hər bir qadın haqqını, hüquqlarını bilməlidir. Amma bəzi məqamlarda var ki …” – deyə Xoşqədəm Doğuş sözünü kəsib.

 

Aparıcının əri bildirib: “Qadın qadındır. Qadınlarımız anadır, çiçəkdir. Onların dəyərini bilin. Hə, döyülsün, amma uşaqlarına baxsın?”.

 

Xoşqədəm Doğuşla 10 il evli olduqlarını vurğulayaraq fikirlərinə davam edib:

 

“Elə deyil. Elə sözlər var ki, döyülməkdən betərdir. Amma buna dözən qadınlar var. Mən demirəm, döyülən qadın həyat yoldaşına qayıtsın. Əsla. Məsələ başqadır. Oktyabrda 10 ilimiz olacaq. Özüm deyirəm ki,  Doğuşa necə dözmüşəm? Ailədə söz-söhbət, araya girən, maneə olan da olacaq, amma qadın da, kişi də güzəştə getməyi bacarmalıdır. Əks halda, dünyada ailə qalmaz, hamı ayrılar. Bu 10 ildə çox şeylər olub, nə olar ki, bir dəfə də məni tərifləyəsən…”

 

Doğuşun aparıcıya cavabı belə olub:

 

 “Mənə? Allahım, mən əsas Xoşqədəmə necə dözmüşəm? 10 ildir. Gəlin, bir də məndən soruşun. Gördünüz ki, bir qadın danışır, anındaca özünüzü “ölülüyə” vurun. Qadınlar həmişə haqlıdır. Susuram. Xoşqədəm başımın tacıdır. Burada onunla zarafat edirəm”.

Tacxeber.com

Oxşar xəbərlər