• 23 Noyabr 2024 22:42

Makrondan İsrailə xəbərdarlıq: İsrailin necə qurulduğunu unutmayın

Fransa Prezidenti Emmanuel Makronla İsrailin Baş naziri Benyamin Netanyahu arasında baş tutan telefon danışığından sonra iki ölkə arasında gərginlik səngimək əvəzinə daha da kəskinləşib.

 

Tacxeber.com xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Nazirlər Şurasının iclasındakı çıxışında İsrailin Livanda “Hizbullah”la qarşıdurmasına toxunaraq İsrailin Baş naziri Binyamin Netanyahunu hədəf alıb.

 

“Netanyahu unutmamalıdır ki, İsrail BMT qərarı ilə qurulub, ona görə də BMT-nin qərarlarına əməl etməlidir”, – Makron qeyd edib.

 

Fransa bu yaxınlarda Livanda Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti İşçi Qrupuna (UNIFIL) hücumlardan sonra İsrailin Parisdəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

 

İsrail baş naziri Netanyahu da Makronun bu açıqlamasını cavabsız qoymayib. “Fransa Prezidentinə xatırladıram: İsrail dövləti BMT-nin qərarı ilə deyil, Müstəqillik Müharibəsində bir çoxu Holokostdan sağ çıxmış, o cümlədən Fransadakı Vişi rejimindən olan qəhrəman döyüşçülərin qanı ilə əldə edilmiş qələbə ilə yaradılmışdır”, –  Makron bildirib.

Tacxeber.com

Oxşar xəbərlər