“Qərb Ukraynadan yorulub” – Finlandiya XİN rəhbəri
“Ukraynaya dəstək göstərilir, amma bu dəstək ona yetərlidirmi?..”
Finlandiya xarici işlər naziri Elina Valtonen bəyan edib ki, Qərb ölkələri tərəfindən Ukraynaya dəstək get-gedə zəifləyir və onlar getdikcə münaqişənin həlli üçün daha tez-tez yollar axtarır.
Bu barədə “Financial Times” nəşri yazıb.
O, vurğulayıb ki, Kiyevə dəstəkdə səyləri artırmaq zəruridir, çünki Rusiya ilə müharibənin başa çatmasına hələ çox var.
Valtonenin sözlərinə görə, Qərbin müharibədən yorğunluğu getdikcə daha çox hiss olunur, xüsusilə Yaxın Şərqdə baş verən hadisələr Qərbi diqqət və resurslardan yayındırır. Bu, BMT Baş Assambleyası zamanı aydın olub, orada əsas diqqət regiondakı hadisələrə yönəlib.
Nazir vurğulaylıb ki, Rusiyanın Ukraynada qələbəsi Avropada bütün çəkindirmə sistemini ciddi surətdə sarsıdacaq və Avropanın sabitliyin qorunub saxlanılması üzrə səylərini şübhə altına alacaq.
Bir çox ölkələr, xüsusilə Yaxın Şərqdəki münaqişə kimi təhlükəni nəzərə alaraq, bu münaqişənin həll ediləcəyinə ümid edir, lakin, onun sözlərinə görə, davam edən Rusiya təcavüzü qarşısında təslim olmaq olmaz. “Ukraynaya dəstək verilir, amma bu dəstək ona kifayət edirmi? Budur məsələ” – o, bəyan edib.