7 ballıq zəlzələ olacaq?
Səhər saatlarında Malatyada baş verən zəlzələdən sonra ekspertlərdən açıqlamalar davam edir.
Tacxeber.com xəbər verir ki, zəlzələ üzrə eksperti Övgün Əhməd Ərcan da bu barədə Türkiyə mediasına danışıb. O, Malatyada baş verən 5,9 ballıq zəlzələdən sonra afterşokların 7 ballıq yeni zəlzələ meydana gətirə biləcəyini deyib.
Ekspertin sözlərinə görə, Malatyadakı zəlzələ ötən il Kahramanmaraşda baş verən dəhşətli zəlzələlərin afterşokudur.
Övgün Əhməd Ərcan yeni zəlzələ ehtimalı barədə də danışıb:
“Əslində, 6,5 və 7 ballıq zəlzələnin olacağını gözləyirdik.