Samir Abasov Ramil Şeydayevlə bağlı gözlənilməz qərar verdi
«Neftçi»nin yeni baş məşqçisi Samir Abasov son anda gözlənilməz qərar verib.
Tacxeber.com xəbər verir ki, bugünlərdə komandanın sükanı arxasına keçən mütəxəssis kapitanlıq sarğısını Ramil Şeydayevdən geri alıb.
Çalışdırıcı hesab edir ki, adıçəkilən hücumçu son həftələrdəki zəif oyunla bu məsuliyyəti üzərinə götürməyə hazır olmadığını göstərib.
O, bazubəndi yenidən Emin Mahmudovun qoluna keçirmək istəsə də, dəstəklənməyib.
Abasov sarğını Yuri Matiasa həvalə etmək niyyətində olması barədə rəhbərliyi məlumatlandırıb.