• 18 Oktyabr 2024 14:19

Aqil Abbas: “Fatehlər fatehi prezident İlham Əliyev” filmi çəkilsin

Türklər Sultan Mehmetin İstanbulun fəthi ilə bağlı “Fatehlər fatehi Sultan Mehmet” filmini çəkiblər. Amma təəssüflər olsun ki, bizdə belə bir film çəkilmir. Həmin filmə baxanda müasir Azərbaycan tarixi arasında paralleliklərin olduğunu görürsən. Paralellik aparanda görürsən ki, son 30 ildə Azərbaycanla o dövrün Osmanlısı eyni vəziyyətdə idi”.

 

Tacxeber.com xəbər verir ki, bunu deputat Aqil Abbas parlamentdə çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, bütün Avropa Osmanlı ilə düşmən vəziyyətdə idi. “Ulu öndər Heydər Əliyev Azərbaycanı üzləşdiyi bəlalardan xilas etdisə, Sultan Mehmet də eyni siyasəti həyata keçirdi. Necə ki, bizim içimizdə olan kərtənkələlər kimi, o dövrdə də olub. Buna baxmayaraq Sultan Mehmet İstanbu fəth edib Türk bayrağını ucaltdı”, – o qeyd edib.

 

Deputat əlavə edib ki, burada diqqətini çəkən digər mühüm bir məqam var. Bu da ondan ibarətdir ki, cənab Ali Baş Komandan İlham Əliyev Azərbaycan torpaqlarını 44 günə işğaldan azad edib Şuşada, Xankəndidə bayrağımızı ucaltdı. Sultan Mehmetin də İstanbulu fəthi haradasa 44 gün çəkdi. O, İstanbulu fəthi uğrunda savaşa aprel ayında başladı may ayında bitirdi və savaş 40 gündən bir az artıq çəkdi. Çox qəribə paralelliklər var.

 

Bizdə də belə bir film çəkilsin. Əgər türklər “Fatehlər fatehi Sultan Mehmet filmi çəkibsə, biz də “Fatehlər fatehi Prezident” filmi çəkək” – deputat qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər