Bakının bu 4 yerindən ev almayın – Şəhər sakinlərinin nəzərinə!
Bakı şəhəri tıxac kimi sosial-iqtisadi bəladan “can verir”. Bu baxımdan şəhərin bir neçə regionunda sakinlər üçün yaşayış çətinləşib.
Tacxeber.com konkret.az-a istinadən xəbər verir ki, bir sıra ekspertlər həmin bölgələri 4 yerə bölüb.
Birinci yerdə 20 yanvar və Şamaxinka deyilən ərazidir. Şəhərin çıxış qapısı sayılan bu yer həm də qulaq batıran səs-küyü ilə seçilir. Burada əhali kontingenti olduqca qarışıqdır. Üstəlik, çoxlu sayda xəstəxana və tibb ocaqlarının yerləşməsi buraya ağır bir ab-hava verir.
İkinci yerdə isə Əcəmi və 3-cü mikrorayon dairəsi məskunlaşıb. Bu ərazi Sovet hakimiyyəti dövründə tikintilər şəhərsalma normalarına uyğun aparılsa da, hazırki dövrdə bu sahədə ciddi nöqsanlara yol verilib. Bir neçə alış-veriş mərkəzlərinin, o cümlədən Moskva univermağının yerləşməsi sözügedən rayonun yaşama şərtlərini ağırlaşdırıb. Əhalinin kontingenti burada da qarışıqdır, nəqliyyat sıxlığı getdikcə dramatikləşir.
3-cü sırada “Neftçilər”, “Xalqlar dostluğu”, “Qara Qarayev” metrosu əraziləridir. Şəhərin digər yerləri kimi burada da mühit olduqca ağırdır, kontingent müxtəlifliyi ilə seçilir, yollar sıxlığa davamlı deyil, pərakəndə alış-veriş mərkəzləri rayonun yaşam səviyyəsini aşağı salıb.