Elon Musk yeni layihəsini açıqladı – Bu altcoin bahalaşdı
İlon Maskın son açıqlamaları “Dogecoin” qiymətinin qalxmasına səbəb olub.
“Tesla” CEO-su İlon Maskın sevimli altkoini olan “Dogecoin” (DOGE), son 24 saatda yüksəlişi ilə diqqət çəkir.
Elon Musk dünən qatıldığı Pensilvaniya ştatında bələdiyyə toplantısında qısaldılmış DOGE kimi “Hökumət Effektivliyi Departamenti” ilə bağlı planlarını açıqladı və “Dogecoi”nin qiyməti yüksəlməyə başladı. Bu tədbir zamanı bir iştirakçı Muskdan yeni “Hökumət Effektivliyi Departamenti” yaradıb-yaratmayacağını soruşdu. Mask bu suala bəli cavabını verib.
Açıqlamaya görə, qısaca olaraq DOGE olaraq adlandırılan nazirlik, xərcləri idarə edən nazirlikləri sadələşdirərkən vergi ödəyicilərinin pullarının hökumət tərəfindən daha səmərəli xərclənməsini təmin etməyi hədəfləyir.
Elon Maskın tez-tez seçki kampaniyasında çıxış etməsi kriptovalyuta investorlarının DOGE ilə bağlı gözləntilərini artırmasına səbəb olub. Bu məqamda sərmayəçilər arasında gözləntinin Trampın mümkün qələbəsindən sonra DOGE-nin hökumətin bir hissəsi olacağı və qiymətinin artacağı bildirilir.
İlon Mask, Donald Trampın prezidentlik kampaniyasının əsas dəstəkçisi kimi ortaya çıxdığı üçün iyul ayından bəri “Amerika PAC”a 75 milyon dollardan çox ianə edib.