• 21 Noyabr 2024 22:33

“Həyat yoldaşlarım heç vaxt bir-birini qısqanmır və rəfiqələr kimi çox yaxşı yola gedir…”

Yaponiyada dörd həyat yoldaşı, iki məşuqəsi olan və 54 övlad atası olmağı arzulayan bir kişi “nikah Allahı” olmaq istəyir.

 

Bu barədə SCMP nəşri yazıb. Məlumatı “tsn.ua” nəşri yayıb.

 

Yaponiyanın Xokkaydo prefekturasının şimalında yaşayan 36 yaşlı Ryuta Vatanabe artıq 10 ildir ki, işləmir və tamamilə öz həyat yoldaşları və rəfiqələrinin əmək haqqı ilə dolanır.

 

Onun həyat yoldaşları mülki nikahdadır, rəsmi nikah olmadan, uzun müddət birgə yaşayış və ümumi öhdəliklərə əsaslanan münasibətlərdə nikaha bənzər tərəf-müqabili kimi tanınıb.

 

Vatanabe artıq 10 övlad atasıdır və onlardan ikisi və özünün üç həyat yoldaşı ilə birlikdə yaşayır. O, öz üzərinə evdar kişi öhdəliklərini götürüb, ev işlərini görür və uşaqlara qayğı göstərir.

 

Ayllq ev xərcləri təxminən 914 min iyendir (6000 ABŞ dolları), onun həyat yoldaşları və rəfiqələri arasında bərabər paylaşılır.

Vatanabenin 24 yaşlı dördüncü həyat yoldaşı da var, lakin onlar ayrı yaşayır. Bundan başqa, o, sosial şəbəkələr vasitəsilə iki rəfiqəsi ilə tanış olub.

 

Altı il öncə sosial yardımla yaşayan və depressiya keçirən Vatanabeni sevdiyi qız tərk edib. Onun sözlərinə görə, məhz bu, onu tanışlıq saytları vasitəsilə müxtəlif qadınlarla görüşməyə sövq edib.

Bundan öncə “Abema Prime” yapon teleşousunda Vatanabe deyib: “Mən, sadəcə, qadınları sevirəm. Biz hamımız bir-birimizi eyni dərəcədə seviriksə, heç bir problem olmayacaq. Mən hələ də özümə yeni həyat yoldaşları axtarıram, 54 övlad atası olmaq və tarixə düşmək istəyirəm”.

 

Vatanabe həmçinin deyib ki, həyat yoldaşlarının hər birinin ayrıca otağı var və hər gecə növbə ilə onlarla yatır. O, iddia edir ki, həftədə 28 dəfə sekslə məşğul olur və deyir ki, onun həyat yoldaşları heç vaxt bir-birini qısqanmır, onlar rəfiqələr kimi bir-birilə yaxşı yola gedir.

 

Vatanabe Yaponiyada doğulan övladların sayına görə rekord əldə etmək və beləliklə üzdəniraq “nikah Allahı” olmaq istəyir. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər