“İnstagram”da yeni qadağa – Bunu etmək olmayacaq
“İnstagram” cinsi şantaj fırıldaqları ilə ciddi mübarizəyə başlayıb.
Tacxeber.com Yenisabah.az-a istinadən xəbər verir ki, “İnstagram” bu təhlükələri azaltmaq üçün yeni təhlükəsizlik funksiyaları hazırlayıb. Xüsusilə gənc istifadəçiləri hədəf alan fırıldaqçılara qarşı hazırlanmış bu xüsusiyyətlər istifadəçilərin şəxsi şəkillərinin pis niyyətli insanlar tərəfindən istifadə edilməsinin qarşısını almaq məqsədi daşıyır.
“İnstagram”ın təqdim etdiyi ən mühüm yeniləmələrdən biri hekayələrdə paylaşılan məzmunun ekran görüntülərinin çəkilməsinə mane olan funksiyadır.
Bu yeniləmə istifadəçilərin məxfiliyini yaxşılaşdırır, xüsusən də itirilmiş hekayələrin daimi təhlükəyə məruz qalmasının qarşısını alır. Bu xüsusiyyət “Snapchat”dan daha təkmil təhlükəsizlik təmin edir, hansı ki, skrinşot çəkilən zaman istifadəçini xəbərdar edir, məzmunun zərərli insanlar tərəfindən istifadəsini çətinləşdirir. Bundan əlavə, instagramın yoxa çıxan hekayələrə veb-brauzerlər vasitəsilə girişi bloklaması bu məzmunların saxlanma ehtimalını azaldır.