Putin Ukrayna ilə bağlı danışıqlar üçün “uyğun yer”in hara olduğunu bildirdi.
“Rusiya Ukrayna ilə bağlı danışıqların Səudiyyə Ərəbistanında keçirməyə hazırdır. Lakin hələlik danışıqlar məsələsi gündəmdə deyil” bunu prezident Vladimir Putin BRİKS ölkələrinin KİV rəhbərləri ilə görüşdə bildirib.
Tacxeber.com xəbər verir ki, Rusiya rəhbəri öz nitqində bildirib – “Biz Səudiyyə Ərəbistanını bizə dost ölkə kimi görürük. Mənim kral ilə çox yaxşı münasibətlərim var, vəliəhd şahzadə ilə də dostluq və yoldaşlıq münasibətlərim də mövcuddur. Əminəm ki, Səudiyyə Ərəbistanı bu istiqamətdə gördüyü işlərdə səmimidir. Bu barədə heç bir şübhəm yoxdur. Buna görə də, əgər belə tədbirlər Səudiyyə Ərəbistanında təşkil olunsa, əlbəttə ki, bu yer bizim üçün olduqca uyğundur. Lakin məsələ bunda deyil. Məsələ danışıqlarda nəyin müzakirə olunacağındadır”.