“Sələmçi Qiyas” həbs olundu
Yevlaxda və ətraf rayonlarda sələmçi kimi tanınan Qiyas Pənahov hədə-qorxu ilə tələb etmə əməllərinə görə polis əməkdaşları tərəfindən saxlanılıb.
“Qafqazinfo”nun məlumatına görə, onun barəsində Yevlax Rayon Polis Şöbəsində cinayət işi açılıb. Müvafiq qərarla “Sələmçi Qiyas” barəsində həbs-qətimkan tədbiri seçilib.
Bildirilir ki, Q.Pənahovun əməlləri ilə bağlı onlarla zərərçəkmiş var. Sələmçinin həmin şəxslərə 300 min manatdan artıq zərər vurduğu qeyd edilir.
Şikayətçilərin sayının artması istisna deyil.