• 24 Noyabr 2024 04:28

Sosioloqdan qalmaqallı təklif: “Spirtli içkilər ancaq kafe və restoranlarda satılsın”

Astara rayonunda 34 yaşlı oğlan anasını döyüb. 

 

Qaynarinfo xəbər verir ki, hadisəyə səbəb ananın övladının evlənməsinə qarşı çıxması olub. Oğlan evlənmək istəyib. Ana isə oğlunun bu istəyinə qarşı çıxıb. Deyib ki, bütün günü içirsən, belə halda ailəni necə saxlayacaqsan?

 

Tacxeber.com xəbər verir ki, sosiloq Mail Yaqub Qaynarinfo-ya açıqlamasında içkini cəmiyyətin ən ağrılı yerlərindən biri kimi qiymətləndirib:

“Nə qədər müasir də olsaq da, içki müsəlmana yaraşmır. Bu gün cəmiyyətin belə bir problemi var. Özü də bu ciddi problemlərdəndir. Ailə başçısı içir gəlir evə, həyat yoldaşını incidir. Bu kimi halları saymaqla bitməz. Bu məsələdə mən həmin vaideynlərin tərəfindəyəm, onlara dəstək verirəm. Yaşlı-başlı ana-ata özlərini güclə idarə edir. Oğlu da içir, məsləhətə baxmır, bir tərəfdən də evlənmək istəyir. Bu problemi həll etmək üçün nə etmək lazımdır? Hüquq işə qarışsın? Hüquq fərdlərin fərdi yaşayışına müdaxilə edə bilməz. Hüquq ancaq qaydalara riayət edə bilər. Çıxış yollarından biri spirtli içkilərin bu qədər geniş satılmasının qarşısının allnmasıdır. Məsələn, Türkiyədə içki konkret kafe və restoranlarda satılır. Azərbaycanda da eyni qaydaları tətbiq edə bilərik”.

 

Mail Yaqub bildirib ki, içkinin qarşısını almaq üçün ancaq onun açıq satışının qadağan etmək lazımdır:

 

“Bunu hüquq və qanunlar bacarar. İçki hər yerdə əlçatan olmamalıdır. Bu vəziyyətdə ailə quran şəxsin normal ailə başçısı olmaq ehtimalı azdır. Boşanmaların da bir çox səbəbləri burdan qaynaqlanır”.

 

Sosioloq təklif edir ki, içkiyə qarşı təbliğatın genişləndirilsin:

 

“Azərbaycanda anti-alkoqol təbliğatı yox dərəcəsindədir. Çox təəssüf”.

Tacxeber.com

Oxşar xəbərlər