Türkiyədə qalmaqal: Körpələri qəsdən öldürən həkimlərin 589 il həbsi istənilir
Türkiyədə yeni doğulan uşaqların ölümündə təqsirli bilinən və “yeni doğulmuş qruplaşması” adlandırılan həkimlərlə bağlı qaldırılan cinayət işi bu ölkədə ajiotaj yaradıb.
Tacxeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, 21 uşağın şübhəli ölümündə təqsirli bilinən “yeni doğulmuş qruplaşması” haqqında ittiham aktı hazırlanıb.
Qruplaşmanın liderlərinin İstanbuldakı bir çox xözəl xəstəxananın neonatal reanimasiya şöbəsini işlətmək məqsədilə alan həkimlər Fırat Sarı, İlker Gönen və təcili yardımın sürücüsü Qiyasəddin Mert Özdemir olduğu açıqlanıb.
İddiaya görə, qruplaşma üzvləri 112 təcili çağrı mərkəzində işləyən şəxslərlə əlbir olaraq vəziyyəti pis olan çağa uşaqları əvvəlcədən razılaşdıqları xəstəxanalardakı neonatal reanimasiya şöbəsinə köçürərək olnların ölümünə səbəb olub və haqsız qazanc əldə edib.
Cinayətkar təşkilatın əsas məqsədinin xəstəxanalarda icarəyə götürdükləri neonatal reanimasiya şöbələrində doluluğu təmin etmək, xəstələrin olduğundan daha ağır vəziyyətdə göstərərk sığortadan daha çox ödəniş almaq olduğu bildirilib.
Məlumata görə, qruplaşma bu yolla azı 1 milyard lirə qazanc əldə edib.
Səhiyyə Nazirliyi Müfəttişliyi tərəfindən hazırlanan ekspertiza rəyində neonatal şöbələrdə 10 körpənin ölümünə səbəb olan tibbi nöqsanlar yer alıb.
Hesabatda körpə A.K-nın tənəffüs çətinliyi artdığı üçün intubasiyanın gecikdirildiyi, xəstənin tibb bacısına həvalə edilməsi, ölən 6 aylıq körpə M.N.O-nun uşaq reanimasiyası yerinə həkimi olmayan yeni doğulmuş reanimasiya şöbəsinə göndərildiyi, orada həkimin xəbəri olmadan tibb bacısının müdaxilə etdiyi, körpələrdən birinin əməliyyat olunacağı mərkəzə göndərilməməsi, ona lazımi dərmanın verilməməsi nəticəsində ölməsi və s. hallar qeyd olunub.
Yəni neonatal reanimasiya şöbəsi bazara çevrilib və tibbi göstrişlərə əməl edilmədiyi üçün körpə ölümləri baş verib.
Körpələrə verilən bəzi dərmanlar çöldə qazanc üçün satılmaq məqsədilə dayandırılıb və uşaqların ölümünə öz yumulub.
İlkin mərhələdə 38 nəfər saxlanılsa da, sonradan şübhəlilərin sayı 47-yə çatıb.
Qruplaşma üzvlərinin telefon danışıqları zamanı “qoy, uşaq ölsün”, “uşağı öldür”, “apartdan ayır, bu yaşamayacaq”, “ Mehtap, uşağı ölür, 50 saturasiyalı uşaq olar”, “öldürəcəyəm də, bilirsən ki, öldürsəm də bir dərddir”, dedikləri üzə çıxıb.
Hazırlanan ittiham aktında körpələrini itirən ailələrin ifadələri də yer alıb.
Hadisə 2023-cü ilin yanvar ayında İstanbul İl Sağlamlıq Müdirliyinin özəl xəstəxanalarında yoxlama aparan həkimin (T.E.) Prezident Əlaqə Mərkəzinə (CİMER) etdiyi müraciətlə aşkarlanıb.
“Uşaqların sənəddə göstərilən sağlamlıq vəziyyətləri ilə real vəziyyətlərinin üst-üstüə düşmədiyini gördük. Məsələn, intubasiya edilməli uşaq kimi göstərilən körpənin nəfəs problemi yox idi. Xsətəxanadan soruşuqda, vəziyyəti bir az əvvəl düzəlib” kimi cavablar verdilər”- yoxlamaya gedən həkim T.E hesabatında yazıb.
Məlum olub ki, istintaqın gedişində prokuror Y.E təhdid edilib. Prokuror bəzi şübhəlilərin azadlığa buraxılmayacağı təqdirdə ona qarşı sui-qəsd edilməklə və ailə üzvlərinə zərər verilməklə hədələnib. Sözügedən təhdidlə əlaqədar isə 12 nəfər saxlanılıb.
İttiham aktında çəkilən xəstəxanalar aşağıdakı kimi sıralanıb.
1. Özəl Avcılar Xəstəxanası,
2. Özəl Avrupa Şafak Xəstəxanası
3. Özəl İstanbul Şafak Xəstəxanası,
4. Özəl Bağçılar Medilife Xəstəxanası
5. Özəl Beylikdüzü Medilife Xəstəxanası,
6. Özəl Bağcılar Şafak Xəstəxanası,
7. Özəl Birinci Xəstəxana,
8. Özəl Doğa Xəstəxanası,
9. Özəl Reyap İstanbul Xəstəxanası,
10. Çorlu Reyap Xəstəxanası,
11. Özəl TRG Hospitalist Xəstəxanası,
12. Esenler Güney Xəstəxanası və
13. Silivri Kolan Xəstəxanasının yeni doğulmuş reanimasiya şöbəsi.
İttiham aktında şübhəlilər həkimlər Fırat Sarı və İlker Gönen üçün “ehtiyatsızlıqdan qəsdən adam öldürmək”, “cinayət törətmək məqsədilə qruplaşma yaratmaq”, “rəsmi sənədlərin saxtalaşdırılması” və s. maddələrlə ümumilikdə 177 il 6 aydan 582 il 9 aya, təcili tibbi yardımın sürücüsü Qiyasəddin Mert Özdemirin isə 180 ildən 589 il 9 aya qədər həbsi tələb olunur.