• 24 Noyabr 2024 14:39

Ukraynada rəsmilər nüvə silahlarının bərpası ilə bağlı düşünürlər

Ukrayna nüvə silahı yaradılması imkanını nəzərdən keçirir.

 

Tacxeber.com xəbər verir ki, bu haqda Bild nəşri  yüksək rütbəli ukraynalı məmuruna istinadən yazıb. Həmin məmurun sözlərinə əsasən, Ukrayna nüvə arsenalını bərpa etmək üçün lazım olan resurslara malikdir.

 

O, hətta ilk bombanın yaradılması üçun «yalnız bir neçə həftə» gərək olduğunu bildirib.

 

Xatırladaq ki, D.Tramp və V. Zelenskinin son görüşü zamanı Ukrayna prezidenti ABŞ-ın keçmiş prezidentinə bildirmişdi ki, Ukrayna ya nüvə silahına malik olmalıdır, ya da NATO-nun üzvü olmalıdır.

 

Qeyd edək ki, Rusiya – Ukrayna müharibəsinin başlamasından sonra Ukraynada nüvə silahı mövzusu dəfələrlə gündəmə gəlib. Xüsusilə, istefada olan Ukrayna Silahlı Qüvvələrinin generalı Sergey Krivonos müsahibəsi zamanı ölkə rəhbərliyinə müraciət edərək ABŞ və ya Böyük Britaniyaya Ukraynada nüvə silahı və onun daşıyıcılarını yerləşdirməyə icazə verilməsini təklif etmişdi.

 

Bu arada keçmiş Pentaqon məsləhətçisi Douglas Macgregorun fikrincə də, nüvə silahı Ukraynada vəziyyəti dəyişdirmək üçün yeganə yoldur.

Tacxeber.com

Oxşar xəbərlər