Azərbaycanda zəlzələ olacaq? – Seysmoloqdan ŞOK AÇIQLAMA
Son günlər Azərbaycanın müxtəlif ərazilərində hiss olunan zəlzələlər qeydə alınıb. Belə ki, ilk zəlzələ oktyabrın 15-də yerli vaxtla saat 19:03-də Biləsuvarda qeydə alınan yeraltı təkanların maqnitudası 3.6-ya bərabər olub.
Zəlzələnin ocağı 36 kilometr dərinlikdə yerləşib.
Ardınca 16 oktyabrda Ağdaşda baş verən zəlzələ 3.1 bal gücündə olub, yerli vaxtla 08:47-də qeydə alınıb.
Hazırda seysmoloji vəziyyəti necə dəyərləndirmək olar? Yaxın zamanda zəlzələ gözlənilirmi? Ümumilikdə yaxın zamanlarda Azərbaycanda güclü zəlzələnin olma ehtimalı var?
Tacxeber.com xəbər verir ki, bu sualları AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, dosent Qulam Babayev News24.az-a açıqlamasında cavablandırıb:
“Son günlər Azərbaycanda , Cəlilabadda, Xəzər dənizində hiss olunan zəlzələlər baş verdi və ötən gün də daha bir zəlzələ baş vermişdir. Ümumiyyətlə bu ilin içində Azərbaycanda hiss olunan zəlzələlər baş verəcək və bu davam edir”,
Mütəxəssis bildirib ki, güclü və dağıdıcı zəlzələlərin olması ehtimal olunmur, amma zəlzələrin olması mümkündür:
“Bir müddət idi ki, sakitlik hökm sürürdü, seysmoloji terminlə götürsək buna “Seysmik sükut” deyilir ki, bu da təhlükəli sayılır. Çünki həmin sükutdan sonra mütləq, hiss olunan zəlzələ olmalıdır və bu, qaçılmazdır. Amma təbii ki, yeri, gücü, zamanı, dərinliyi barədə geniş məlumat vermək olmur.