• 09 İyun 2025 05:33

Baş nazirin iqamətgahına dron hücumu oldu

 Baş nazirin iqamətgahına dron hücumu oldu
Paylaş

 

Bu səhər Livandan başlanan pilotsuz təyyarənin hücumu nəticəsində İsrailin baş naziri Benyamin Netanyahunun Qeysəriyyədəki şəxsi iqamətgahına ziyan dəyib.

 

Tacxeber.com “Əl-Hadath”a istinadla xəbər verir ki, hadisə yerində xeyli təcili yardım maşını toplaşıb.

 

Hücum nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib. İsrailin baş nazirinin həmin vaxt evdə olub-olmadığı bəlli deyil.

 

Şahidlərin çəkdiyi videolardan görünür ki, İsrail helikopteri “Hizbullah” dronunu vura bilməyib.

Tacxeber.com

Oxşar xəbərlər