• 24 Noyabr 2024 11:05

Reklam Agentliyi “Pasha Property Management”dən 556 min manata ofis icarəyə götürüb

Dövlət Reklam Agentliyinin Bakı Şəhər Reklam İdarəsinin inzibati bina sahəsinin icarəsi ilə “Pasha Property Management” MMC (VÖEN – 1405688721) ilə satınalma müqaviləsi imzalayıb.

Dövlət Reklam Agentliyi müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.

Məlumat üçün bildirək ki, Dövlət Reklam Agentliyi “Pasha Property Management” MMC-də bir il müddətində icarəyə götürəcəyi inzibati bina sahəsi üçün 555 min 921 manat 60 qəpik ödəyəcək.
Qeyd edək ki, satınalma müqaviləsi barədə dövlət satınalmaları portalında heç bir məlumat mövcud deyil. Bakı Şəhər Reklam İdarəsinin hazırda “Dalğa Plaza”da fəaliyyət göstərdiyini nəzərə alaraq demək olar ki, icarəyə götürülən bina sahəsi də burada yerləşir.

Onu da bildirək ki, Dövlət Reklam Agentliyinin satınalma müqaviləsi imzaladığı “Pasha Property Management” MMC ölkənin ən böyük şirkəti olan “Paşa Holdinq”ə bağlıdır və daşınmaz əmlakın idarə olunması ilə məşğuldur.

Paşa Holdinq”ə bağlı olan başqa bir şirkətin – “PMD Group” MMC-nin rəsmi saytında “Dalğa Plaza”nın bu şirkət tərəfindən idarə olunduğu qeyd olunub.
Tacxeber.com 

Oxşar xəbərlər