• 24 Noyabr 2024 03:37

Xamenei: “HƏMAS yaşayır və yaşayacaq”

İranın ali dini lideri Seyid Əli Xamenei Yəhya Sinvarın ölümünə baxmayaraq, HƏMAS-ın mövcud olmağa davam edəcəyini bildirib.

 

Tacxeber.com xarici mətbuata istinadla xəbər verir ki, Xamneyi fikirlərini belə ifadə edib:

 

“HƏMAS müqavimət cəbhəsinin görkəmli şəxsiyyətlərinin ölümünə baxmayaraq, dayanmadı və Sinvarın şəhadəti ilə bir an belə dayanmayacaq. HƏMAS hərəkatı yaşayır və yaşayacaq”.

 

İranın ali rəhbəri ötən il oktyabrın 7-də israillilərin qətliamını da “İsrailin üzünə sillə” adlandırıb:

 

“Yəhya Sinvar müqavimətin və cihadın təcəssümü idi. Polad iradəsi ilə zalım və işğalçı düşmənə sinə gərmiş, müdrik qərarı və cəsarəti sayəsində onun üzünə sillə vuraraq 7 oktyabrın sağalmaz zərbəsini region tarixində əbədiləşdirərdi. O, şərəf və ləyaqətlə şəhid olub əbədi dünyaya köçdü.

 

Bütün həyatını işğalçı və zalımla mübarizəyə həsr etmiş Yəhya Sinvar kimi birisi yalnız bir taleyə – şəhadətə layiqdir. Onun itkisi əlbəttə ki, müqavimət cəbhəsi üçün ağırdır, lakin bu cəbhə Uca Allahın izni ilə Şeyx Əhməd Yasin, Fəthi Şəkaqi, ər-Rantisi və İsmayıl Haniyə kimi böyük şəxsiyyətlərin şəhadəti ilə bitmədi və Sinvarın şəhadəti ilə də bir müddət dayanmayacaq.

 

HƏMAS hərəkatı yaşayır və yaşayacaq.

 

Qardaşımız Yəhya Sinvarın şəhadəti münasibəti ilə onun ailəsini, yoldaşlarını və Allah yolunda cihad istəyənlərin hamısını təbrik edir, itkisinə görə başsağlığı verirəm”, – deyə Xamenei bildirib.

Tacxeber.com

Oxşar xəbərlər